Bəraət gecəsi
Bəraət gecəsi - Şaban ayının 15-ci gecəsidir. Bəraət borc, xəstəlik, günah və cəzadan qurtulmaq deməkdir. Rəsulullahdan (s.ə.s.) bu gecəyə məxsus nəql olunan xüsusi ibadət şəkli yoxdur.
Bəraət gecəsi Ramazan ayına hazırlaşmaq üçün fürsət sayıla bilər. Bu haqda bir hədisdə belə buyrulur:
“Şaban ayının on beşinci gecəsini ibadətlə keçirin, gündüzündə isə oruc tutun. Çünki, Uca Allah bu gecə dünya səmasına rəhməti ilə təcəlli edir və “Yoxdurmu tövbə edən ki, tövbəsini qəbul edim. Yoxdurmu ruzi istəyən ki, ruzisini verim. Yoxdurmu şəfa istəyən ki, şəfa verim. Başqa istəyi olan yoxdurmu ki, ona istədiyini verim".
Bu hədisin sənədi rəvayət zəncirindəki ravilərdən biri hədis alimləri tərəfindən zəif qəbul edilir.